Yüksək Liqa: "Azərreyl" çempion

Yüksək Liqa: "Azərreyl" çempion

"Azərreyl" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi olub.

“Cebheinfo.az" xəbər verir ki, komanda finalın ikinci görüşündə "Abşeron"la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma "Azərreyl"in 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

Finalın ilk matçı "Abşeron"un eyni hesabla üstünlüyü ilə bitdiyindən tərəflər qalibi "qızıl set"də müəyyənləşdirməli olublar. Həlledici setdə daha dəqiq oynayan (15:12) "Azərreyl" qızıl medallara yiyələnib.

“Cebheinfo.az"