İordaniya “Müsəlman Qardaşlar”ı qadağan etdi

İordaniya hökuməti ölkədə fəaliyyət göstərən “Müsəlman Qardaşlar” təşkilatının fəaliyyətini qadağan edib.
Misir mərkəzli fəaliyyət göstərən məşhur təşkilat, İordaniyanın ən böyük müxalifət partiyası olan İslami Hərəkət Cəbhəsinin əsas müttəfiqlərindən biridir.
“Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, İslami Hərəkat Cəbhəsi ötən ilki parlament seçkilərində ən çox mandat qazanan partiya olub. Lakin partiyanın hökumətdə təmsil olunmasına icazə verilməyib.
Qeyd edək ki, “Müsəlman Qardaşlar” təşkilatı 1928-ci ildə Misirin İsmailiyyə şəhərində yaradılıb. Müsəlmanların yaşadığı ölkələrin vahid xilafət ətrafında birləşməsini hədəfləyən təşkilat, “Əl Qaidə”, İŞİD, “Taliban” kimi terror təşkilatlarının nəzəri bazasının formalaşmasında mühüm rol oynayıb.
“Cebheinfo.az"