Gəncədə gənc qızı maşın vurdu

Gəncədə gənc qızı maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

“Cebheinfo.az" xəbər verir ki, hadisə Hüseyn Cavid küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2004-ci il təvəllüdlü  A.Bayramovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az"