30 yaşlı “Olaylar”: Dövlətə və millətə xidmət

Bu gün Azərbaycan mətbuatında "Olaylar" günüdür.
Düz 30 il əvvəl mətbuat cameəsində öz adından bəhs etdirməyə başlayan “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin 30 yaşı tamam olur.
30 illik fəaliyyət dövründə bir çox ilklərin müəllifi olan, tanınmış imzaların bir araya gəldiyi “Olaylar” peşəkar jurnalistlərin hazırlanmasında həm də məktəb funksiyasını yerinə yetirənlərdən biri olub. Bu gün qəzetlərdə, televizia-radioda, xəbər agntliklərində, portallarda çalışan çox sayda jurnalist məhz bu məktəbin yetirməsi, üzvü olub.
1995-ci ilin bu günündə ilk dəfə agentlik və qəzet olaraq oxucuların görüşünə gələn "Olaylar" artıq həm də internet saytıdır.
Hazırda agentlik öz xəbərlərini oxucularına 4 dildə - azərbaycan, türk, ingilis və rus dillərində təqdim edir.
Tutduğu dövlətçilik xəttinə daim sadiq qalan “Olaylar”ı sevdirən, geniş oxucu auditoriyasının formalaşmasına təkan verən bir amil də Güney Azərbaycanla bağlı həqiqətlərin ruporuna çevrilməsi olub.
"Olaylar" yarandığı gündən indiyədək ölkədə və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri işıqlandıran, baş verən hadisələrə hər zaman obyektiv mövqe göstərən informasiya agentliyi və qəzet olmaqla bərabər, həm də Güney Azərbaycanın səsi olub. Uzun illə boyu Güneydə baş verən prosesləri operativ, ilk mənbələrdən işıqlandıran "Olaylar" bu gün də öz xəttinə sadiqdir. Bu xətt Azərbaycana, dövlətə və millətə xidmətdir.
“Cebheinfo.az” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin kollektivi başda baş redaktor Yunus Oğuz olmaqla, “Olaylar”ın bütün kollektivini 30 yaşları münasibətilə təbrik edir. Davamlı olsun!
“Cebheinfo.az”