“Qarabağ” bu tur çempion ola bilər

“Qarabağ” bu tur çempion ola bilər

Sabah Azərbaycan  Premyer Liqasında 32-ci tura start veriləcək.

“Cebheinfo.az" xəbər verir ki, “Qarabağ” bu turda çempionluğunu rəsmiləşdirə bilər. 

Bunun üçün Qurban Qurbanovun komandasının “Sabah”a qalib gəlməsi yetərlidir. 

Aprelin 27-si saat 20:00-da başlayacaq görüşdə Ağdamlılar qələbə qazansa, ikinci pillədəki “Zirə”nin ona çatmayacağı dəqiqləşəcək. 

Nəticədə “Qarabağ” çempionluğunu rəsmiləşdirəcək. 

“Cebheinfo.az"