“Suriyaya getmədiyim üçün məni boşayıb başqa arvad aldı”

Bakıda iki nəfər arasındakı mübahisə qanlı bitib. Tərəflərdən biri digərinin iş yerinə gedərək onu dəmir parçası ilə vuraraq yaralayıb.
“Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Azər (ad şərtidir) daha əvvəldən tanıdığı Rasimə (ad şərtidir) bədən xəsarətləri yetirib.
Azərin dediyinə görə hadisəyə səbəb Rasim və arvadının onun ailədaxili məsələlərinə müdaxilə etməsi olub. Rasim Azəin arvadının bacısının əridir- bacanaq olublar.
Azərlə arvadı arasında münasibətlər pozulub. Azər bunun günahını Rasimdə və onun arvadında görüb ki, ailə məsələlərinə müdaxilə edirlər. Buna görə də Azərlə Rasim arasında baş verən sonuncu mübahsiə dava ilə bitib. Azər 6 ay azadlıqdan məhrum edilib.
İşdə Azərin arvadı ifadə verən zaman maraqlı məqamlar üzə çıxıb. Onun sözlərinə görə Azərlə boşanmasının səbəbi ailədaxili problemlər yox, Azərin Suriyaya cihada getmək istəməsi olub: “Azər Suriyaya getmək istəyirdi. Bir müddəti idi dini təriqətlərdən birinə qoşulmuşdu. Mən Suriyaya getmək istəmədiyimi dedim.
Mənə dedi ki, getməsəm, boşayacaq məni. Bir müddət sonra onun başqa qadınla danışdığını eşitdim. Buna görə mübahisə elədik. Məni dəfələrlə döyüb. Sonra biz boşandıq. Amma getməyə yerim olmadığı üçün həmin evdə yaşayırdım. Boşandıqdan sonra da məni döyüb, təhqir edib”.
Azər isə dindirilən zaman Suriyaya cihada getmək kimi bir fikrinin olmadığını deyib.
“Cebheinfo.az"