Tramp 100 günündə sülh bağlamağa çalışır, ancaq...

Tramp 100 günündə sülh bağlamağa çalışır, ancaq...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəhbərinin mandatının ilk 100 günü ərzində Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etməyə çalışır. 

“Cebheinfo.az”-ın məlumatına görə, CNN telekanalı avropalı məmura istinadən belə xəbər yayıb.

“Hazırda təfərrüatlar çox olsa da, bir şey aydındır. ABŞ 100 gün ərzində saziş bağlamaqda israrlıdır”, - qeyd edilən mənbə bildirib.

Rəsmi onu da bildirib ki, təklif olunan sazişə əsasən, Krım Rusiyanın nəzarətində qalacaq və başqa nəticəni təsəvvür etmək çətindir.

“Ancaq Zelenski üçün açıq-aydın çətindir”,- deyə o əlavə edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az