Putin Bəşər Əsədi təhvil verir?

Putin Bəşər Əsədi  təhvil verir?

Rusiya ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil verilməsi ilə bağlı müzakirələr aparılıb. 

Ancaq Moskva Suriyanın yeni administrasiyanın bu istəyi ilə razılaşmayıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “The New York Times”a verdiyi müsahibədə Suriya prezidenti Əhməd əş-Şaraa bildirib.

Onun sözlərinə görə, Rusiya uzun illər boyu Suriya rejiminə dəstək verib və tərəflər bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid edir.

Əş-Şaraa əlavə edib ki, Suriya gələcəkdə yardıma ehtiyac duya biləcəyi üçün Rusiyanın maraqları nəzərə alınmalıdır.

Xatırladaq ki, vəzifəsini tərk edən Bəşər Əsəd ailəsi lə birlikdə Rusiyaya sığınıb.

Xəzər
“Cebheinfo.az”