Məmurların maaşı və pensiyanın verilməsində DƏYİŞİKLİK

Məmurların  maaşı və pensiyanın verilməsində  DƏYİŞİKLİK

“Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı-ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəki kimi açıq müzakirə oldu. Amma bir qədər gərgin”.

“Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, fikir ayrılıqlarına baxmayaraq, 30-dan çox sual ətrafında konsturktiv müzakirələr oldu: pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s:

“Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür.

Məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək (əslində, qanunla da bu belədir, amma riayət olunmur).

İslam bankçılığı (İslam bankçılığı nədir? - İslam bankçılığının əsasını şəriət qanunları təşkil edir. Ənənəvi bankçılıqdan fərqləndirən əsas cəhət, faizin olmamasıdır, yəni faizsiz kreditlərin verilməsidir. Bir sözlə, bu sistemdə faiz anlayışı yoxdur, əvəzində “mənfəət marjası” (profite rate) adlı yanaşma var. 

Elə buna görə də İslam bankçılığının nüfuz göstəricisi də onun həm faizsiz, yaxud halal olması, həm də ucuz və sərfəli şərtlərlə bağlıdır. Buna misal kimi Şimali Afrika və Körfəz ölkələri göstərilir.) institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir. 

Ötən il Dövlət Vergi Xidmətinin rəhbəri də oxşar tədbir keçirdi. Amma görüş belə səmimi və ardı olmadı.

Mərkəzi Bankın sədri isə ildə iki dəfə bu cür görüşlər keçirir və hər dəfə də bütün suallara dolğun cavablar verir. 

Razılaşdığımız və razılaşmadığımız məqamlar var, amma dialoqun olması müsbət haldır. Digər dövlət qurumlarına ibrət olsun. Yalandan formal ictimai şuralar yaratmaqla deyil”.

Nigar
“Cebheinfo.az”