Erməni terroru yenə meydanda: Sülh istəyən toplum bayraq yandırır

"Ermənilər bu il də ənənəvi olaraq uydurduqları “24 aprel soyqırımı” gününü xüsusi rituallarla qeyd etdilər.
Hər zaman olduğu kimi, yenə də erməni terrorizminə və vandalizminə sadiq qaldıqlarını nümayiş etdirərək Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar".
Bu sözləru "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu davranışlar türklərə qarşı dərin etnik nifrətin göstəricisidir:
"Eyni zamanda, bu, həm də onu göstərir ki, Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirdiyi bəyanatlar səmimi deyil, yalnız riyakarlıqdan ibarətdir. Çünki dövlətçilik təfəkkürünə sahib olan heç bir xalq, heç bir cəmiyyət başqa bir dövlətin, başqa bir xalqın müqəddəs atributlarını – bayrağını, şəxsiyyətini bu şəkildə təhqir etməz.
Əgər ermənilər bunu hələ də edirsə, deməli, onlar hələ də terrorçu düşüncənin daşıyıcılarıdır. Onlar hələ də dövlətçiliyi dərk etməyib, bu anlayışın fərqində deyillər və bu səbəbdən sülh və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan bir cəmiyyət formalaşdıra bilmirlər".
Millət vəkili qeyd edib ki, əgər gələcəkdə Ermənistanda səmimi şəkildə Türkiyə və Azərbaycanla sülhə yönəlmiş ictimai şüur formalaşacaqsa, bu, erməni ictimai şüuru olmayacaq:
"Çünki erməni cəmiyyətinin mövcud düşüncə tərzi belə bir dəyişimi qəbul etməyə hazır deyil. Builki hadisədə diqqətçəkən məqam Ermənistanın Baş naziri Nikol Paşinyanın bayrağı yandırma aktını qınamasıdır. Amma burada da riyakarlıq hiss olunur, o, bu açıqlamanı özü birbaşa deyil, Mətbuat Katibliyi vasitəsilə yayımladı.
Bu isə göstərir ki, Paşinyan da əslində terrorçu düşüncənin daşıyıcısıdır, sadəcə daha passiv və məkrli revanşistdir. Bütün bunlar bir sual doğurur ki, əgər Paşinyan bu cür vandallığı açıq şəkildə qınamaqdan çəkinirsə, onda hansı əsasla və hansı cəsarətlə sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edir? Göründüyü kimi, baş verənlər bir daha Ermənistan rəhbərliyinin qeyri-səmimi mövqeyini və yalanlarını ifşa edir".
Səbinə Uğur
"Cebheinfo.az"