Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir

Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal dərinliyinin artması SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalında Azərbaycandan dizelin aşırılmasına təsir edib.

“Cebheinfo.az" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxışı zamanı terminalın baş direktoru İlqar Əlizadə deyib.

Onun sözlərinə görə, NEZ-də modernləşmə getdiyinə görə, əvvəllər xaricə çıxarılan nisbətən aşağı keyfiyyətli dizel daha dərin emal keçir.

İlqar Əlizadə qeyd edib ki, NEZ-də istehsal olunan "Avro-5" dizel Azərbaycanın daxili bazarına və Gürcüstana yönəldilir.

"Bu gün Azərbaycandan ixrac 1.5, 2 il əvvəlkindən bir qədər aşağıdı", - İlqar Əlizadə qeyd edib.

“Cebheinfo.az"