Türkiyədə ağır yol qəzası olub

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Osmaniye şəhərində şagirdləri daşıyan avtobusla minik maşını toqquşub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində doqquzu şagird olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"