Tovuzda fərdi evdə yanğın olub

Tovuzda fərdi evdə yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Kənd sakini A.Mehdiyeva məxsus, ümumi sahəsi 120 kvadratmetr olan fərdi evdə baş vermiş yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"