Təyyarə avtomobillə toqquşdu

Təyyarə avtomobillə toqquşdu

ABŞ-nin Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq İdarəsinin paylaşdığı məlumata görə, kiçik reaktiv təyyarə Mesadakı “Falcon

Field” hava limanında havaya qalxarkən uçuş-enmə zolağının yanındakı yolda bir avtomobilə çırpılıb.

Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər isə yaralanıb.

Federal Aviasiya İdarəsi təyyarənin “Honda HA-420” tipli yüngül biznes reaktiv təyyarə olduğunu və qəzanın səbəbinin araşdırıldığını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"