Trampın vergi siyasəti nəticə vermədi: Çin ixracatı...

Trampın vergi siyasəti nəticə vermədi: Çin ixracatı...

ABŞ Prezidenti Donald Trampın yüksək gömrük vergisi ilə hədələdiyi Çinin ixracatı, aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % artıb.

"Cebheinfo.az" xəbər verir ki, Çinin ixracatı, Cənub-Şərqi Asiya ölkələrinə göndərişlərdəki güclü artım sayəsində bərpa olunub və bu artım ABŞ-yə edilən satışlardakı kəskin azalmaları kompensasiya edib.

Qeyd edək ki, ABŞ-yə ixracatdakı bu azalma yüksək gömrük tariflərinin tətbiqi ilə sürətlənib.

"Reuters" agentliyinin keçirdiyi sorğuda bu artımın cəmi 1,9 % olacağı proqnozlaşdırılmışdı.İdxal isə apreldə illik müqayisədə cəmi 0,2 % azalıb və iqtisadçıların gözlədiyi 5,9 %-lik azalmadan xeyli aşağı səviyyədə olub.

ABŞ-yə ixracat ötən ilin aprel ayı ilə müqayisədə 21 %-dən çox azalıb, idxal isə təxminən 14% geriləyib.

Mart ayında isə Çinin ABŞ-yə ixracatı 9,1 % artmışdı ki, bu da əsasən tarif artımlarından əvvəl verilən sifarişlərin önə çəkilməsi ilə izah olunur.

Bu ilin ilk dörd ayında isə Çinin ABŞ-yə ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 %, idxalatı isə 4,7 % azalıb.

Əfsanə Rəcəb
"Cebheinfo.az"