Türkiyədə 2 yük maşını toqquşub: Yanğın çıxıb

Türkiyənin Adana şəhərinin Pozantı rayonu istiqamətində hərəkət edən yanacaq daşıyan yük maşını digər yük maşınına çırpılıb.
Qəza nəticəsində yanğın baş verib.
"Cebhe.info" xəbər verir ki, Faruk Akçakayanın idarə etdiyi 42 ATN 852 dövlət nömrə nişanlı yanacaq daşıyan yük maşını Adana-Pozantı yolunun Gülək məntəqəsində Mehmet Çakıcının idarə etdiyi 63 ADH 679 nömrə nişanlı yük maşınına arxadan çırpılıb.
Partlayış yük maşınında olan yanacağın alışması nəticəsində baş verib. Hər iki avtomobilin sürücüsü xəsarət almadan xilas olub.
Qəza yerinə Adana və Mersindən xilasedicilər sövq edilib. Xilasetmə qrupları yanğına müdaxilə edərkən, quru yolunun Pozantı istiqaməti trafik qrupları tərəfindən hərəkətə bağlanıb.
Hazırda baş vermiş yanğının yayılmasının qarşısı alınıb və söndürmə işləri davam etdirilir.
Nigar Hacılı
"Cebhe.info"