Türkiyədə zəlzələ olub

Qarsın Sarıqamış bölgəsində 4 bal gücündə zəlzələ olub.
Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yer səthinin 7 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, zəlzələdə ölən və yaralanan olmayıb, dağıntı olub-olmaması isə hələ müəyyənləşməyib.
Səyad Həsənli
Cebhe.info