Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edən Ukrayna lideri səfərin tarixi ilə bağlı məlumat paylaşmayıb.
Zelenski bu səfərlər zamanı ABŞ və ya Rusiya rəsmiləri ilə görüşmək planının olmadığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"