Puşkinin abidəsi sökülüb 

Puşkinin abidəsi sökülüb 

Riqada görkəmli rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, abidə anbara köçürülüb, sonra Latviya Rəssamlar İttifaqına veriləcək.

“Mayın 30-da Riqa Abidələr Agentliyi rus şairi Aleksandr Puşkinin heykəlini sonradan onu Latviya Rəssamlar İttifaqının muzeyinə keçirmək üçün Kronvalda parkındakı anbara təhvil verdi, bu abidə heykəltəraşlığın gələcək sərgi nümunəsi olacaq və bununla bağlı konseptual razılıq əldə olundu”, - yerli Dumanın saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, şəhər rəhbərliyi parkda heykəlin quraşdırılmasının qaydalara uyğun olmadığını ifadə edib. Xatırladaq ki, son altı ayda Kronvalda parkında Puşkinin abidəsi üç dəfə çirkləndirilib, Riqa hakimiyyəti aprelin sonunda abidəni sökmək istədiklərini açıqlayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info