Yazıçı Məmməd Oruc Fikrət Qocadan kitab yazıb

Yazıçı Məmməd Oruc Fikrət Qocadan kitab yazıb

Yazıçı Məmməd Orucun Xalq şairi Fikrət Qoca haqqında xatirələr kitabı nəşr olunub.

APA xəbər verir ki, “Naməlum Fikrət Qoca” adlı kitabda Xalq şairi Fikrət Qocanın geniş oxucu kütləsinə bəlli olmayan bir sıra xüsusiyyətləri yığcam xatirələr formasında toplanıb.

Kitab “Renesans–A” nəşriyyatında çap olunub.

Qeyd edək ki, bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda kitabın təqdimatı keçiriləcək.

Cebhe.info