Ağdamda zəhərlənən şəxslərin son durumları açıqlandı

Bu gün saat 01:10-da zəhərlənmə şübhəsi ilə beşi böyük, biri uşaq olmaqla altı nəfər (üç nəfər kişi, üç nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib:
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
"Cebheinfo.az"