İcra nümayəndəsi intihardan danışdı: “Qadın oğlunu yuxuya verib, sonra...”

İcra nümayəndəsi intihardan danışdı: “Qadın oğlunu yuxuya verib, sonra...”

Gədəbəydə qadının asılmış vəziyyətdə meyiti aşkar edilib.

Hadisə rayonun Parakənd kəndində qeydə alınıb. Kənd sakini Eliza Abbasovanın meyiti əri tərəfindən evin saxlanc otağında ipdən asılmış vəziyyətdə tapılıb. Faktla bağlı araşdırma aparılır. 

Məsələ ilə bağlı Parakənd kənd icra nümayəndəsi Şakir Məsimov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qadın sinir xəstəsi olub: 

“Yataq xəstəsi olduğu üçün oğlu qulluq edirdi. Hadisə dünən baş verib. Dünən oğlu evdə olub, yoldaşı da həyətdə təsərrüfat işləri ilə məşğul imiş. Qadın oğlunun yatdığı vaxt yardımçı binada özünü asıb. Hadisədən 10-15 dəqiqə sonra yoldaşı görüb ki, qadın evdə yoxdur, qardaşıgildən soruşub, daha sonra yardımçı binadan qadının meyidi aşkar olunub. 

Ehtimal ki, hadisədən əvvəl xəstəliyi ilə bağlı psixologiyasında problem olub. Çünki bundan əvvəl xəstəliyi tutanda huşunu itirirmiş”. 

Ləman İsmayıl 
"Cebhe.info"