Maştağada itkin düşmüş dayıqızı-bibiqızılar tapılıb

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 2007 və 2008-ci il təvəllüdlü iki qız polis əməkdaşları tərəfindən tapılıb.
Bu haqda DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.
“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.”, - məlumatda deyilir.
Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.
"Cebheinfo.az"