Qaçırmışdı ki: Dağıtsın-satsın

Qaçırmışdı ki: Dağıtsın-satsın

Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda “VAZ-2106” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Sürücü dərhal polisə müraciət edib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 39 yaşlı C. Qurbanov saxlanılıb.

Qaçırılan nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  

"Cebheinfo.az: