Sabirabadda maşın aşıb

Sabirabadda maşın aşıb

Sabirabadda minik avtomobili aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"