Görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB

Görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB

Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürən şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib. Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

***

1 iyun, 23.08

Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Ötən dövr ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, görmə əngəlli qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Hazırda fakt araşdırılır.

"Cebheinfo.az"