Ən çox pul qazanan "Formula" 1 pilotları - SİYAHI

Ən çox pul qazanan "Formula" 1 pilotları - SİYAHI

"Red Bull" komandasının pilotu Maks Ferstappen 2023-cü ildə 70 milyon dollar qazanıb.

Modern.az xəbər verir ki, "Forbes" nəşrinin hesablamalarına görə o, ən yüksək maaş alan "Formula 1" pilotu olub.

Ferstappen "Forbes"in ən çox qazanan "Formula 1" sürücülərinin reytinqinə başçılıq edir. O, 2021 və 2022-ci illərdə də dünya çempionu olub. O, "Formula 1" mərhələlərində 54 qələbə qazanaraq yarış tarixindəki qələbələrin sayında üçüncü yerə yüksəlib. Reytinqdə onu yalnız Lyuis Hemilton (103 qələbə) və Mixael Şumaxer (91) üstələyir.

"Forbes"ə görə, ən yüksək maaş alan digər "Formula 1" sürücüləri aşağıdakılardır:

Lyuis Hemilton (Mercedes; 55 milyon dollar);

Fernando Alonso (Aston Martin; 34 milyon dollar);

Serxio Peres (Red Bull; 26 milyon dollar);

Çarlz Lekler (Ferrari; 19 milyon dollar);

Lando Norris (McLaren; 14 milyon dollar);

Karlos Sayns (Ferrari; 14 milyon dollar);

Corc Rassel (Mercedes: 9 milyon dollar);

Pierre Gasly (Alp; 8 milyon dollar);

Oskar Piastri (McLaren; 8 milyon dollar).

Cebhe.info