Millimiz Monteneqro ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Nikşiç şəhərində Monteneqro seçməsinin qonağı olacaq. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçı Andorradan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Marta San Juan, köməkçiləri Karlos Qonçalveş və Luis Akosta olacaq. Dördüncü hakim funksiyasını Antoine Çiramonti yerinə yetirəcək.
Qeyd edək ki, hazırda hər iki komanda hərəyə 4 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.
"Cebheinfo.az"