Osimhen rekorda doğru

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhen rekord qırmağa çox yaxındır.
“Cebheinfo.az” xəbər verir ki, dünya ulduzu karyerasının ən uğurlu göstəricisinə imza ata bilər.Belə ki, nigeriyalı forvard bu mövsüm İstanbul təmsilçisində meydana çıxdığı 32 matçda 28 qol vurub.
Onun ən yaxşı mövsüm isə “Napoli”də 39 matçda 31 qol vurduğu 2022-2023-cü il mövsümü idi.Yəni Osimhen 4 qol daha vursa karyerasının ən yaxşı göstəricisinə nail olacaq.
Elmir
“Cebheinfo.az”