Hücum xəbəri yayıldı: Bitkoin kəskin ucuzlaşdı

Hücum xəbəri yayıldı: Bitkoin kəskin ucuzlaşdı

İsrail ordusunun İrana hücum etməsi xəbərindən sonra kriptovalyuta bitkoin 60 min dolların altına düşüb.

"Cebhe.info" xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması kriptovalyuta bazarlarına mənfi təsir göstərməkdə davam edir.

"Coinmarketcap" analiz şirkətinin məlumatına görə, hücum xəbərindən sonra ABŞ dollarının məzənnəsi yüksəldiyi üçün ən böyük kriptovalyuta olan bitkoinin qiyməti Asiya sessiyasında 5,6 faizdən çox azalaraq 59 961 dollar olub.

Bu gün Bakı vaxtı ilə 09.30-da 62 min 59 dollardan ticarət edilən bitkoinin həftəlik dəyər itkisi 13 faizə yaxınlaşıb.

Qeyd edək ki, martın 14-də 73 750 dollarla bütün zamanların ən yüksək həddinə çatan bitkoinin qiymətinin azalması 40 gündə 15 faizi keçib.

Nigar Hacılı 
"Cebhe.info"