Həmkarı: “Aygün Kazımova evini belə satmağa hazır olub”

Həmkarı: “Aygün Kazımova evini belə satmağa hazır olub”

Müğənni Nadir Qafarzadə Xalq artisti Aygün Kazımovanın sənətə olan bağlılığından danışıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, "Həmin Zaur" verilişində Kazımovanın yaradıcılığı uğrunda böyük fədakarlıqlar etdiyini bildirib:

"Aygün Kazımova hər şeydən əvvəl səhnəni düşünən sənətçidir. O, sənətinə görə evini belə satmağa hazır olub. Onun üçün şou, konsert, klip hər şeydən önəmlidir. Mən belə bir addım atmazdım, amma Aygün xanım bunu edib.

O, sənəti uğrunda böyük qurbanlar verib. Əgər bu qədər fədakarlıq etməsəydi, indi 100 evi ola bilərdi, amma o, yaradıcılığını hər şeydən üstün tutaraq sadəcə bir evlə kifayətlənib"

"Cebheinfo.az"