“Tesla”nın Çində daha bir rəqibi ortaya çıxıb

“Tesla”nın Çində daha bir rəqibi ortaya çıxıb

Çinli smartfon istehsalçısı "Xiaomi" ilk elektrikli avtomobilini (EV) təqdim edəcək və bu gündən sifarişləri qəbul etməyə başlayacaq.

"Cebhe.info" xəbər verir ki, CEO Lei Jun bu həftə “Speed Ultra 7”-nin (“SU7”) 500.000 yuanın (təxminən 117 min 577 manat) altında olacağını söylədi.

Bu addım texnologiya nəhənginə “Tesla” və “BYD” kimi rəqiblərlə mübarizə aparmağa imkan verəcək.

Şirkət ümid edir ki, “SU7”-nin telefonlar, notbuklar və digər cihazları ilə paylaşılan əməliyyat sistemi mövcud müştəriləri cəlb edəcək.

"Counterpoint" tədqiqat şirkətinin məlumatına görə, “Xiaomi” təxminən 12 faiz bazar payı ilə dünyada üçüncü ən böyük smartfon satıcısıdır.

“Xiaomi”-nin keçən ildən bəri tanıtdırdığı "SU7" "Porsche"-nin "Taycan" və "Panamera" idman avtomobil modelləri ilə müqayisə edilir.

Qeyd edək ki, “Xiaomi” qarşıdakı 10 il ərzində avtomobil biznesinə 10 milyard dollar sərmayə qoyacağını bildirib.

Nigar Hacılı 
"Cebhe.info"