Vitamin çatışmazlığı da depressiya yaradır

Vitamin çatışmazlığı da depressiya yaradır

Bədən daim soyuqdursa, dodaqlar çatlayır və ağız künclərində yaralar əmələ gəlirsə, bədəndə vacib vitaminlər yoxdur. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “UfacityNews.ru” portalına  dietoloqlar bildiriblər.

Mütəxəssislər deyirlər ki, dodaqlarda və ağız künclərində çatlar, quruluq və saç tökülməsi C vitamini və dəmir çatışmazlığını, libidonun aşağı olması D vitamini çatışmazlığını göstərə bilər. Çəki artımı, şiddətli yorğunluq, quru dəri və zob yod çatışmazlığından xəbər verir. Ekspertlər hesab edirlər ki, kəpək B7 vitamini və ya Omeqa yağ turşularının çatışmazlığı ilə əlaqələndirilir.

Onlar həmçinin xəbərdarlıq edirlər ki, bədəndə kifayət qədər dəmir və fol turşusu, B12 və ya B3 vitamini yoxdursa, ağız yaraları və dil ağrıları yarana bilər.

Nəhayət, B, D vitaminləri və maqnezium çatışmazlığı depressiyaya səbəb ola bilər, diyetoloqlar deyirlər. Daimi yorğunluq B vitaminləri, dəmir və maqnezium çatışmazlığından qaynaqlanır.

Xəzər
“Cebhe.info”