Yatmadan əvvəl su içmək zərərlidir - SƏBƏB

Yatmadan əvvəl su içmək zərərlidir -  SƏBƏB

Yatmadan əvvəl su içmək zərərlidir. 

“Cebhe.info” “UfacityNews.ru”-ya istinadən xəbər verir ki, bunu yuxu mütəxəssisi Eşli Haynesvort deyib.

Mütəxəssisin fikrincə, böyrəklərinizi gecəyə yaxın maye ilə yükləsəniz, onlar daha çox sidik ifraz edəcəklər ki, bu da son nəticədə tualetə tez-tez getməyə və təbii yuxu dövrünü pozmağa səbəb olacaq.

“Bu da öz növbəsində stress və koqnitiv pozğunluğa səbəb ola bilər. Bunu müntəzəm olaraq etsəniz, bu vərdiş immunitet sisteminin zəifləməsinə və diabet kimi xroniki xəstəliklərin inkişafına səbəb olacaq”,-deyə mütəxəssis bildirib.

Eşli Haynesvort deyib ki, səhər yuxudan duranda və gün ərzində su içmək yaxşıdır.

Xəzər
“Cebhe.info”