Bu məşhur haqqında film çəkilir

Türkiyəli məşhur müğənni Zeki Mürenin həyatından bəhs edən film çəkilir.
Cebhe.info xəbər verir ki, filmin prodüseri "Ayla” və “Müslüm” kimi bioqrafik filmləri ilə tanınan Mustafa Usludur.
Uslu Zeki Mürenin yaxını Özlem Günerlə anlaşıldıqlarını bildirib.
Zeki Müren obrazını kimin canlandıracağı hələ açıqlanmasa da, filmdə sürpriz adların olacağı istisna edilmir.
Xatırladaq ki, yüzlərlə mahnının müəllifi olan sənətçi 17 filmdə baş rol oynayıb. Dövrün ən sevilən səsi və siması olan Müren ilk səhnə konsertini 26 may 1955-ci ildə verib.
Elə həmin il sənətçi "Manolyam" mahnısı ilə Türkiyədə ilk dəfə verilən "Qızıl Plak" mükafatını qazanıb.
Müren 1980-ci ildə Kuşadasında ürək tutması, 1983-cü ildə Parisdə infarkt keçirib. Səhnədən uzaqlaşaraq Bodrumda yaşayan sənətçi son konsertini 1984-cü ildə Bodrum qalasında verib və əldə olunan gəliri antik teatrın bərpasına xərcləyib.
Var-dövlətini Türkiyə Maarif və Mehmetçik vəqflərinə bağışlayan ustad sənətçi 24 sentyabr 1996-cı ildə "TRT"-nin İzmir radio studiyasında ürək çatışmazlığından vəfat edib.
Günay Şahmar
Cebhe.info