Məşhur aktrisanın yeni serialı bəlli oldu
Türkiyəli məşhur aktrisa Şükran Ovalının rol alacağı yeni layihə bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, aktrisa “AY Yapım”ın yeni serialı “Yeni Bir Gün”də çəkiləcək.
O, “Özlem” obrazına həyat verəcək. Ekran işinin rejissoru Çağrı Bayrakdır. Layihənin ssenaristləri isə Rana Mamatlıoğlu və Bekif Baran Sıtkıdır.
Qeyd edək ki, Şükran Ovalı “Ezo Gelin”, “Vazgeç Gönlüm”, “Bez Bebek”, “Behzat Ç.”, “Leyla ile Mecnun”, “Avrupa Avrupa”, “Şeref Meselesi”, “Paramparça”, “Vatanım Sensin”, “Ufak Tefek Cinayetler”, “Yargı” və “Kalpazan” kimi seriallarda çəkilib.
Aslan
“Cebheinfo.az”