“Mesut” “Arka sokaklar”a qayıdır

“Mesut” “Arka sokaklar”a qayıdır

Türkiyənin əfsanəvi seriallarından olan “Arka sokaklar” səs-küylü bir addıma hazırlaşır.

“Cebhe.info” xəbər verir ki, layihədə “Mesut” obrazını canlandıran məşhur aktyor Şevet Çoruhun geri gəlməsi gündəmdədir.

Ötən il layihədən ayrılan təcrübəli aktyora qayıtması üçün bir neçə dəfə təklif verilmişdi. Tanınmış jurnalist Birsen Altuntaşın xəbərinə əsasən, sevilən aktyor “Arka sokaklar”a qayıtmağa razılaşıb.

Şevket Çoruhun uzun müddət sonra “Instagram” hesabında serialın rəsmi səhifəsini də izləməyə başlaması diqqətlərdən yayınmayıb. Onun qarşıdakı həftələrdə və ya yeni mövsümdə layihəyə qayıdacağı iddia olunur.

Elmir Mustafa
“Cebhe.info”