Qədir Rüstəmovun xanımı: “O, rəhmətə gedəndə Kəmaləddin Heydərov zəng edib dedi ki...”

Qədir Rüstəmovun xanımı: “O, rəhmətə gedəndə Kəmaləddin Heydərov zəng edib dedi ki...”

“Nazirlər onu məclisə çağırırdılar, deyirdilər, elə bir ağız oxu.

İnanmarsınız ki, o evə qayıdanda cibi dolu gəlirdi. Toylara getməsə də, sənəti bizi dolandırırdı. Varlı adamlar olurdu  ki, deyirdi, heç oxuma, elə gəl, bizim toyda otur, qoy, səni görsünlər. Kəmaləddin Heydər onu çox sevirdi. Yoldaşım rəhmətə gedəndə bizi çağırdı, dedi, nə lazımdı. Oğlanlarımın işə düzəlməyinə kömək oldu”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Müsavat.com”-a müsahibəsində böyük sənətkar, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı  Qədir  Rüstəmovun xanımı Fatma Rüstəmova deyib:

"Qədir müəllim maraqlı insan idi və maraqlı hobbiləri var idi. Çayların içindən rəngbərəng daşlar yığırdı. Hətta o daşın birindən üzüyünə qaş düzəltdirmişdi.  O daşlardan bəzilərini Heydər Əliyev Fondunda muzeyə qoymuşuq. Balıq tutmağı da çox sevirdi, təbiətə bağlı idi”.

“Cebheinfo.az”