Xəstəxanada olan Əli Mirəliyev: "Burada məndən rüşvət..."

Xəstəxanada olan Əli Mirəliyev: "Burada məndən rüşvət..."

Son günlərin qalmaqallı müğənnisi Əli Mirəliyev səhhətində yaranan problemdən dolayı xəstəxanaya yerləşdirilib.

Belə ki, sənətçinin vəziyyətinin ağır olduğu deyilib.  

“Cebhe.info”-ya açıqlama verən Ə.Mirəliyevin sözlərinə görə, vəziyyəti yaxşıdır və bu gün axşam evə buraxılacaq:

“Çox pis xəstələnmişdim. Lakin sağ olsun həkimlər, məni çox gözəl müalicə etdilər. Klinika haqqında çox danışa bilərəm. Klinikada şərait, imkanlar o qədər geniş idi ki, mən özümü Bakı yox, Parisdə hiss edirdim. Sağ olsun tibbi personal, mənim səhhətimlə necə lazımdır maraqlanırdılar. Bir qəpik də olsun rüşvət yox idi. Sığorta ilə müalicə olundum, əlavə heç bir ödəniş eləmədim”.

Ə.Mirəliyev deyib ki, telefonuna dünəndən bu günə saysız- hesabsız zənglər gəlib:

“Xəstəxanaya yerləşdirildiyimdən bəri məni istəyən bütün sənətçilər maraqlandılar. Telefonumun zəngi dayanmır. Demək olar ki, əksər media nümayəndələri klinikaya gəlib, mənim şəklimi çəkib, açıqlama aldılar. Heç kimdən narazılığım yoxdur. Səhəttimlə bağlı maraqlanan hər kəsə təşəkkür edirəm”. 

Ə.Mirəliyev qeyd edib ki, sağaldığı üçün bu gün axşam evə buraxılır.   

Həsən Məmmədov
“Cebhe.info”