İrəvanda Qarabağ ermənilərinə ev qadağası qoyulub

Sülhməramlıların müşayiəti ilə ermənilərin Qarabağdan çıxarılması Ermənistanda əhali arasında ciddi narazılıq yaradır.
Onlar Qarabağdan ermənilərin Erministana köçürülməsi və dövlət hesabına təminatlarının həyata keçirilməsi ilə razılaşmırlar.
Belə bir zamanda xüsusilə paytaxt İrəvanda ev bazarında böyük çalxalanma başlayıb.
Belə ki, bütün daşınmaz əmlak agentlikləri, mənzil və ev sahibləri kirayəyə olan tələbi nəzərə alaraq evdə yaşayacaq sakinlərin sayı, depozit, ilk ayın ilkin ödənişi və agent vasitəçiliyi (50%) ilə bağlı yeni şərtlər qoyurlar.
Erməni “Telegram” kanallarında yayılan məlumata görə, Ermənistan hökumətinin məsələyə müdaxilə etməsi tələb olunub.
Xəzər
Cebhe.info