İstanbulda danışıqların növbəti raundu başladı - VİDEO - YENİLƏNİB

İstanbulda danışıqların növbəti raundu başladı - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə iştirak etmək üçün Rusiya nümayəndə heyəti gecə saatlarında İstanbula gedib.

Qeyd edək ki, görüşün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) İstanbulda Çırağan sarayında başlaması nəzərdə tutulur.

***

TASS-ın məlumatına görə, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. 

Onu da xatırladaq ki, tərəflər arasında birbaşa danışıqların birinci raundu da mayın 16-da İstanbulda keçirilmişdi.

"Cebheinfo.az"