Natiq Cəfərli deputatlığa namizəd oldu

Natiq Cəfərli deputatlığa namizəd oldu

Republikaçı Alternativ Partiyasının (Real) Siyasi Komitəsinin üzvü, icraçı katibi Natiq Cəfərli deputatlığa namizəd olub.

“Cebhe.info” xəbər verir ki, siyasətçi 33-cü Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Bu barədə o, "Facebook"da paylaşım edib:

“Əziz dostlar, öncədən də elan etdiyim kimi, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İmza toplama kampaniyası başlayıb, artıq 150-yə yaxın imza toplanılıb.

33 saylı Xətai birinci seçki dairəsi, əsasən, Babək Prospektini, M.Hadi, S.Ə. Şirvani, Lütfi Zadə, M. Rüstəmov, Sarayev, Neapol, Qaçaq Nəbi, S.Mirhəsənağa, T.Hacibəyov, R.Quliyev, E.Süleymanov, 1-ci, 2-ci, 3-cü, 5-ci, 9-cu Əhmədli küçələrini əhatə edir.

Sevgili vətəndaşlar, bu ünvanlarda yaşayanlardan, yaşayanları tanıyanlardan rica edirəm ki, seçkidə aktiv olsunlar. İstənilən gün və saat görüşmək istəsələr mən və komandamız hazırıq”.

Elmir 
“Cebhe.info”