Tamilla Qulami bələdiyyə seçkilərində iştirak edəcək

Tamilla Qulami bələdiyyə seçkilərində iştirak edəcək

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami bələdiyyə seçkilərində iştirak edəcək.

“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib.

Tamilla Qulami Binəqədi bələdiyyəsindən namizədliyini irəli sürüb. Artıq onun namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 29 yanvar 2025-ci ildə keçiriləcək.

Elmir Mustafa
“Cebheinfo.az”