Türk dövlətləri parlamentlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Türk dövlətləri parlamentlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci toplantısı Türkiyədə keçiriləcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

O qeyd edib: “Biz bu gün ilk addımı atdıq. Bu konfransın keçirilməsi fikri Azərbaycan Prezident İlham Əliyev tərəfindən təklif edilib. Biz ikinci iclasının harada keçirilməsi barədə müzakirə aparmaq istəyirdik. Ancaq bu məsələni Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay həll etdi. O, ikinci iclasın Türkiyədə keçirilməsini təklif etdi”.

F.Oktay isə öz növbəsində bugünkü konfransın davamının Türkiyədə keçirilməsinin əhəmiyyətindən danışıb və gələcək əməkdaşlıq formatının necə müəyyənləşdirilməsinin növbəti görüşlərdə müzakirə ediləcəyini diqqətə çatdırıb.

"Cebhe.info"