Nazir müavini: "Bu il orta aylıq əməkhaqqı 1000 manat olacaq"

Nazir müavini: "Bu il orta aylıq əməkhaqqı 1000 manat olacaq"

Bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, 2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır.

"Bizim əsas hədəflərimiz şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiyalara sahib olmasıdır. Proqnozlar göstərir ki, peşə təhsili olanların növbəti dövrlərdə uğurlu karyera qurma imkanları ixtisaslı şəxslərə münasibətdə daha yüksəkdir".

Cebhe.info