Qərbi Azərbaycana qayıdışla bağlı yeni layihəyə start verilib

Qərbi Azərbaycana qayıdışla bağlı yeni layihəyə start verilib

"İnnovativ Təşəbbüslər" ictimai birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenyliyinin maliyyə yardımı ilə Qərbi Azərbaycanın dağıdılan qədim irsi- qoçdaş və atdaş abidələri layihəsinin icrasına start verib. 

Tarixi Reallıq: Zəngəzur Türk-Müsəlman Yurdu olub 

Zəngəzur əsrlər boyu Azərbaycan türklərinin məskəni olub, burada zəngin mədəniyyət, dini-tarixi abidələr və türk xalqları yaşayıb. Bu bölgədə türk-müsəlman əhalisi çoxluq təşkil etmiş, kəndlər, qəbiristanlıqlar, məscidlər, karvansaralar bu tarixi varlığı sübut edib. Qoçdaş və Atdaş abidələri də bu türk varlığının sarsılmaz izləridir.

1. Sovet siyasəti və Zəngəzurun Azərbaycandan ayrılması

1920-1923-cü illərdə Sovet hakimiyyətinin Qafqazda apardığı sərhəd dəyişiklikləri nəticəsində Zəngəzur bölgəsi Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildi. 

Bu addımın arxasında:

Bölgədə “Ermənistanın ərazi bütövlüyü”nü təmin etmək, Zəngəzuru Azərbaycanla Naxçıvan arasında süni şəkildə “divar” etmək, Türk dünyasının fiziki əlaqəsini kəsmək məqsədləri dayanırdı. Bu, tarixi bir ədalətsizlik və planlı geopolitik layihə idi.

2. Beynəlxalq sükut və ikili standartlar

Dünya ictimaiyyəti, xüsusən Qərb gücləri bu bölgədə baş verən tarixi ədalətsizliyə ya göz yumdu, ya da Ermənistanın "qurban obrazı"nı müdafiə etməklə birtərəfli mövqe tutdu. 

Səbəblər:

Ermənistanın xristian ölkəsi olması və Qərb ölkələri tərəfindən dini və mədəni yaxınlıq səbəbindən dəstəklənməsi; 

Rusiyanın bölgədə strateji maraqlarını qorumaq üçün Ermənistanı dəstəkləməsi; 

Azərbaycan torpaqlarının və tarixinin dünya miqyasında kifayət qədər tanıdılmaması; 

Tariximizi düzgün şəkildə təbliğ edə bilən qurumların, muzeylərin və beynəlxalq platformalarda aktivliyin çatışmazlığı.

3. Tarixin təhrif olunması və erməni iddialarının qloballaşdırılması

Ermənilər uzun illər boyu beynəlxalq aləmdə güclü diaspor vasitəsilə tarixi faktları təhrif edərək, Zəngəzur da daxil olmaqla bir çox Azərbaycan torpağını özününküləşdirmək üçün mədəni, siyasi və akademik səviyyədə kampaniyalar aparıblar. Dünya mediası və bəzi Qərb institutları da buna göz yumub və ya dolayı dəstək verib.

4. Bugünkü reallıq və yol xəritəsi

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha güclü mövqedədir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr və regionda yeni reallıqlar bu tarixi ədalətsizliyin bir gün düzələcəyinə ümid verir. 

Lakin bu:

Tarixi həqiqətlərin beynəlxalq səviyyədə sistemli şəkildə təbliği,
Zəngəzurun türk mədəni irsinin araşdırılması, sənədləşdirilməsi və tanıdılması,
Güclü elmi və diplomatik əsaslı strategiya ilə mümkündür.

"Cebheinfo.az"