Sığınacaqlar arasında “Totu” qalmaqalı: Kəmalə Ağazadə və Könül Qasımova üz-üzə gəldi

Sığınacaqlar arasında “Totu” qalmaqalı: Kəmalə Ağazadə və Könül Qasımova üz-üzə gəldi

Xəbər verdiyimiz kimi, “Sevgi” uşaq sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” uşaq sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir. Döyüldüyü deyilən uşağın anası sözügedən uşaq evinin "Instagram" səhifəsinin canlı yayımına çıxaraq hadisəyə münasibətini bildirib. O, hər şeyi təkzib edərək Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və "Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızını vaxtilə uşağa sahib çıxmadıqlarına görə günahlandırıb. Həmçinin, onların bu məsələyə qarışmağa haqqı çatmadığını vurğulayıb.

"Sevgi" uşaq sığınacağının təşkilatçısı Könül Qasımova yeni paylaşım edib. O, sığınacağın fəaliyyətinə kölgə salan sosial media istifadəçilərini görüşə dəvət edib. Könül Qasımova “Totu” ləqəbli uşaq haqqında məlumatlar yayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə haqqında hüquq-mühafizə orqanlarına şikayət və məhkəməyə müraciət etmək üçün sənədlərin hazırlandığını açıqlayıb. O, həmçinin, uşağın səhhəti ilə bağlı TƏBİB-in verdiyi epikrizin fotosunu yayaraq, Kəmalə Ağazadəni sərt təqid edib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Kəmalə Ağazadə bildirib ki, Allah məhkəməyə verdiyi üçün qarşı tərəfdən razi olsun:

"Versin. Mənim təhqir edib, nəsə söz deməmisəm. Uşağın müdafiəsinə qalxmışam. Mən əksinə, reabilitasiya istiqamətində, uşaqların xidmətində olan mərkəzlərin olmasını istəyirəm. Həm də paylaşımı dövlət orqanlarının nəzərinə çatdırmaq üçün etmişəm".

Aylin
Cebhe.info