Pakistanın Baş naziri COP29-da iştirak edəcək

Pakistanın Baş naziri COP29-da iştirak edəcək

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə o, Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

"Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır", - deyə məktubda qeyd edilib.

"Cebhe.info"