20 il insanları oğurlayıb öldürüblər: Cinayətkar dəstə yaxalandı

20 il insanları oğurlayıb öldürüblər: Cinayətkar dəstə yaxalandı

Belqorod vilayətində insanları oğurlayıb öldürən cinayətkar dəstə 20 ildən artıq fəaliyyət göstərib.

Polis dəstə üzvlərini həbs edib.

“Cebhe.info” xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsi bu barədə məlumat yayıb. 

Dəstə üzvlərinin keşiş Stanislav Dementeyev, hərbçi İqor Selyutin və iş adamı Stepan Morozov olduğu ortaya çıxıb. "Kommersant" bu barədə detalları təqdim edib. 

Qəzet yazıb ki, mütəşəkkil cinayətkar qrup 1980-ci illərin sonlarında yaradılıb və 1997-2017-ci illərdə fəaliyyət göstərib. Müstəntiqlərin fikrincə, cinayətkarlar sifarişli qətllər və adam oğurluğu törədiblər. Bir neçə onlarla ağır və xüsusilə ağır cinayətlər var. 

Faktla bağlı “qətl”, “oğurluq” və “hədə-qorxu ilə tələb etmə” maddələri ilə cinayət işi açılıb. Müstəntiqlər müəyyən ediblər ki, mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Dementeyev keşiş olduqdan sonra Evstafi kimi tanınıb. 

O, Belqorod vilayətinin Proxorovski rayonunun Belenixin kəndindəki kilsədə xidmət edib.

Moskva Şəhər Məhkəməsi Selyutin, Dementeyev və Morozovu iyunun 6-dək həbs edib.

Xəzər
“Cebhe.info”