Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu

Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiyaların proporsional siyahılarında olan qadınlar üçün kvotaların ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, layihə qanunverici orqana geri qaytarılıb.

Bundan əvvəl parlament partiya siyahıları üzrə hər 4 namizədin ən azı birinin qadın olması mexanizmini ləğv edib.

Hakim “Gürcü Arzusu” Partiyası Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsinə Giorgi Kalandarişvilinin namizədliyini dəstəkləmək müqabilində Girçi Partiyasının təşəbbüsünü dəstəkləməyə razılaşıb.

Qeyd edək ki, prezident qalmaqallı "xarici agentlər" qanununu da veto edəcəyini açıqlayıb.

"Cebhe.info"